Vətəndaş Həmrəyliyi Partiyası ( VHP) Siyasi Şurasının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədəki ictimai siyasi vəziyyət, Xalq Cümhuriyyətinin qurucularından olan Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbir, VHP üzvü Ömər Məmmədovun həbsi və digər məsələlər müzakirə edilib.

VHP sədri Sabir Rüstəmxanlı ölkədə və bölgədə baş verən siyasi proseslər barədə ətraflı danışıb. Sonra Ali Məclisin sədri Rafiq Manaflının, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin, partiya sədrinin müavinləri Elxan Mirzəyev, Arif İsmayılbəyli və Yusif Salmansoyun məlumatları dinlənilib.

Siyasi Şurada VHP üzvü Ömər Məmmədovun həbsi ilə də bağlı fikir mübadiləsi aparılıb, fəal gənclərin həbs və təqibi pislənilib. Bu tendensiyanın ölkədə vətəndaş həmrəyliyini pozduğunu və hazırkı vəziyyətdə gənclərin milli vətənpərvərlik ruhuna mənfi təsiri vurğulanıb. Həmçinin Ömər Məmmədovun həbsinin gündəmdə saxlanılması, bu işlə bağlı bütün hüquqi işlərin Siyasi Şura üzvü, hüquq müdafiəçisi Əlövsət Əliyevə həvalə edilməsi qərara alınıb.

Rayon təşkilatılarının hesabat seçki yığıncaqlarının keçirilməsi, qurultay məsələsi də müzakirə edilib. Qurultaya hazırlıqla bağlı məsələləri həll etmək üçün fevralın son həftəsində Ali Məclisin sessiyasının cağırılması qərarlaşdırılıb.

Bələdiyyə seçkiləri ilə bağlı da fikir mübadiləsi aparılıb, seçki hazırlığı və namizədlərin müəyyən edilməsi Mərkəzi İcra Aparatına həvalə edilib. Sonda M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı müzakirə aparılıb. Bildirilib ki, fevralın 4-də VHP-nin mərkəzi qərargahında «Məhəmmən Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu» mövzusunda dəyirmi masa keçiriləcək.

Comments are closed.