Samir Əsədli : “Bəlkə situasiya elə gətirəcək ki, Sabir Rüstəmxanlı müxalifətin vahid namizədi olacaq”

“Bu gün Sabir Rüstəmxanlının prezident seçkilərində namizədliyini irəli sürmək barədə fikri yoxdur. Amma situasiyanın necə olacağını məlum deyil. Bəlkə zaman elə gətirəcək ki, Sabir Rüstəmxanlı özü müxalifətin vahid namizədi olacaq”. Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli VHP sədrinin seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Sabir Rüstəmxanlı ilə şəxsən bu mövzuda danışıq aparmayıb. 

S.Əsədli bildirib ki, müxalifət partiyaları seçkilərə vahid namizədlə qatılarsa, VHP də müxalifətin vahid mövqeyini müdafiə edəcək: “Vahid namizəd məsələsi ümumiyyətlə, İctimai Palatanın gündəmindən çıxarılıb. Zamanı çatanda bir partiya funksioneri kimi məsələyə münasibət bildirəcəyəm.

Hesab edirəm ki, 2012-cü ilin prezident seçkilərinə müxalifət vahid namizədlə qatılacaq. Müxalifətin vahid namizədi isə İsa Qəmbər, Əli Kərimli, Sabir Rüstəmxanlı və ya Lalə Şövkət ola bilər”.

Nərgiz
“Gündəlik Teleqraf” qəzeti

Comments are closed.