Bu gün gənc fəalların Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüşü keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüşü giriş sözü ilə açan S. Rüstəmxanlı hazırda Aəzrbaycandakı ictimai-siyasi hadisələr münasibət bildirib, fikirlərini bölüşüb. Çıxışında mitinqlərdə gənclərin həbs olunmasına etirazını bildirən millət vəkili deyib ki, “Sözə görə insanı həbs etməzlər, sözə sözlə cavab verərlər, yumruqla yox”. Bundan sonra o, gənclərin suallarını cavablandırıb. Sualları cavablandırarkən vurğulayıb ki, gənclər siyasi əqidələrinə görə ayrı düşməməli, bir olmalıdırlar.




Comments are closed.