Bu gün Vətəndaş Həmrəyliyi Partiyası ( VHP ) Nəzarət Təftiş Komissiyasının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, VHP qərargahında keçirilən iclasa Komissiyanın sədri Felmar Ələkbərli sədrlik edib. İclasda 2011-ci ilin 1-ci rübü ərzində seçkili orqan və vəzifəli şəxslərin fəaliyyəti, nizamnamədən gələn bir sıra məsələlər müzakirə edilib.

 F. Ələkbərli bildirib ki, rüb ərzində təşkilat və digər seçkili orqanların fəaliyyəti ətraflı yoxlanılıb. Onun sözlərinə görə, xırda nöqsanlar istisna olunmaqla seçki orqanlarının fəaliyyəti qənaətbəxş qiymətləndirilin. Partiyanın Yasamal, Xətai, Nəsimi, Sabunçu, Quba və Astara rayon təşkilatlarına işlərində nöqsanlara yol verdikləri üçün ciddi xəbərdarlıq olunublar. Astara rayon təşkilatına isə töhmət verilib.

Comments are closed.