Avropa parlamentində Azərbaycanda yaşayan talış və ləzgi xalqarının durumuna həsr olunmuş “Azərbaycanda ikili standartlar və milli azlıqların hüquqlarının pozulması” adlı konfrans keçirilib. Ələkrəm Hümbətov adlı bir yaramazın dəstəyi ilə keçirilən konfransla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Qusar, Lənkəran, Lerik və Astara rayon təşkilatları birgə bəyanat yayıb. Bəyanatda deyilir:

XX əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətində insanların dini, irqi və milli bərabərliyi haqda qanun qəbul olunarkən Avropada nəinki bu haqda təsəvvür belə yox idi, hətta bir çox Şərq ölkələrində Avropa dövlətlərinin istismarı davam edir, insanlara rənginə görə fərq qoyulurdu. Bu gün də həmin ənənələr davam edir. Azərbaycan dini, milli haqların qorunması və azsaylı etnik qrupların bərabərliyinin təmin olunması, dini və milli tolerantlıq baxımından Avropanın bir çox dövlətlərinə örnək ola bilər. Azərbaycanda indiyə qədər bir dəfə də olsun, dini və milli zəmində nəinki hansısa geniş qarşıdurma, hətta kiçik dava da qeydə alınmayıb. Bu baxımdan Avropa Parlamentində keçirirən sərsəm və normal insan məntiqinə sığmayan bu konfrans vicdan və insanlıq hissindən kənardır.

Talış və ləzgi xalqı heç bir zaman özünü Azərbaycan türkündən ayrı hiss etməyib. Azərbaycan vətəndaşları yüz illərdir birgə yaşayışın ən ideal formasını tapıblar, bu isə azərbaycanlıların adət, ənənəsinə çevrilib.

Ələkrəm Hümbətovun özünün belə bir tərəfi talış olsa da, damarlarında türk qanı axır. Düşmən qüvvələrin əlində alətə çevrilən və özünü talış adlandıran bu şəxsin nə talışa, nə də ümumiyyətlə Azərbaycana bir aidiyyəti var. Vətən xaini olan Ə.Hümbətov özünün bədnam hərəkətləri ilə bütün cənub bölgəsinin əhalisinin nifrətini qazanmışdır. Düşmənlərin əli ilə 1993-cü ildə qondarma “Talış Muğan Respublikası”nı yaratdığını elan edən və Azərbaycanın ərazi bütövlüyünü parçalamış bu avanturist nə vaxtdan talışların vəkili olub?!

Belə bir reputasiyaya malik bir varlığın Avropa Parlamenti kimi ciddi bir qurumla birgə adının hallanması isə qərbli deputatlara başucalığı gətirmir. Biz Azərbaycanın şimal və cənub bölgəsindən olan insanlar ölkəmizdə milli birliyin olmasını əminliklə birdirir və etnik müstəvidə problemləri olan Avropa dövlətlərinin nümayəndələrini birgəyaşayışın ideal nümunəsini öyrənmək üçün Azərbaycana dəvət edirik.

 

VHP Qusar rayon Təşkilatının sədri Həsənbala Məmmədov

VHP Lənkəran Şəhər Təşkilatının sədri Habil Əliyev

VHP Astara rayon Təşkilatının sədri Səfərəli Teymurzadə

VHP Lerik rayon Təşkilatının sədri Həşim Nəsirov

Comments are closed.