Hörmətli Sabir bəy!

Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Siz Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış, bununla da ölkəmizin şərəfli tarixində yer tutmuş dəyərli ziyalımızsınız.

Biz Sizə həm də yaratdığınız ədəbiyyat nümunələrinə, ölkədə vətəndaş həmrəyliyinə nail olmaq yolunda apardığınız mücadiləyə, millət vəkili kimi qanunvericiliyə verdiyiniz töhfələrə görə yüksək dəyər veririk. Sizə uzun ömür, can sağlığı, çoxşaxəli fəaliyyətinizdə və yaradıcılığınızda davamlı uğurlar arzulayırıq!

Hörmətlə,
 Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili

Comments are closed.