VHP  “Türküstan” qəzetininin kolektivini 5 illik yübileyləri münasibəti ilə  təbrik etdi

“Türküstan”  qəzetinin 5 yaşı tamam olur. Çoxsaylı və müxtəlif profilli Azərbaycan mediası arasında  “Türküstan”  qəzeti ilk sayından öz dəsti xətti və mövqeyi ilə bütün digər mətbu nəşrlərdən fərqlənmiş, qısa zaman ərzində öz sözünü deyə bilmişdir.

Böyük Türk dünyasının həm coğrafi, həm də mənəvi baxımdan qızıl körpüsü sayılan Azərbaycanda Türkün özünün və sözünün ifadəçisi kimi meydana çıxan  “Türküstan”  qəzeti Anadoludan Uzaq Şərqə qədər böyük bir coğrafiyanın tarixi, mədəniyyəti və bu günkü həyatı haqda daim xəbərlər verməklə, sözün həqiqi mənasında qəzet səhifələrində bir  “Türküstan” yaratmışdır. Bu baxımdan qəzet tək Azərbaycanda yox, Asiyanın bu başından o başına hər bir türk millətçisinin ürək çırpıntıçının ifadəçisinə çevrilmişdir.

“Türküstan”  qəzetini 5 yaşının tamam olması münasibəti ilə təbrik edir, qəzetin kollektivinə uğurlar və müqəddəs işlərində başarlar diləyirik.

 

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası

Comments are closed.