Sabir Rüstəmxanlının da qatıldığı törəndə Azərbaycanı geniş nümayəndə heyəti təmsil edir  

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının da qatıldığı Azərbaycan nümayəndə heyəti məşhur tatar şairi Qaybulla Tukayın 125 illik yubileyinə həsr olunan törəndə iştirak etmək üçün Kazanda səfərdədir. Millət vəkilinin Kazandan verdiyi məlumata görə, 2011-ci ili «Qaybulla Tukay ili» olaraq elan edən Tatarıstanda yubiley dövlət səviyyəsində və çox böyük təntənə ilə qeyd edilir.
Dünən yubiley mərasimi çərçivəsində keçirilən elmi-praktik konfransda S.Rüstəmxanlı nümayəndə heyəti adından geniş məruzə ilə çıxış edib. Bir happy wheels demo çox rəsmilərlə görüşən Azərbaycan nümayəndə heyətini bu gün Tatarıstan prezidenti Rüstəm Minnixanov qəbul edib. Görüşdə məşhur tatar şairi Qaybulla Tukayın yaradıcılığı, iki qardaş ölkə arasında qarşılıqlı mədəni əlaqələr, ədəbiyyat və incəsənəət sahəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib.
 S.Rüstəmxanlı səfər çərçivəsində Kazanda fəaliyyət göstərən Azərbaycan diasporasının nümayəndələri ilə Azərbaycan Mədəniyyət Mərkəzində görüş keçirib, disporanın işi ilə bağlı fikirlərini bölüşüb. Xatırladaq ki, yubiley törənində Azərbaycan nümayəndə heyətini xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, Qabdulla Tukayın tərcüməçisi Məmməd Kazım, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları təmsil edirlər.

VHP Mətbuat Xidməti

Comments are closed.