Mayın 1-də Təbrizin Səhənd stadionunda “Tiraxtur” futbol komandası ilə “Səbayi Qum” komandası arasında keçirilən görüş qarşıdurmalarla nəticələnib.

“Media forum” saytı xəbər verir ki, oyun “Səbayi Qum” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Traxtur” komandasının azarkeşləri burada hakimin qərəzli mövqeyinin də rol oynadığını düşündükləri üçün etiraza başlayıblar.

Görüş başa çatandan sonra küçələrə axışan, “Azərbaycan var olsun, istəməyən kor olsun!” və digər bu kimi şüarlar səsləndirən azarkeşlərlə hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma Təbrizin Abresan məhəlləsində daha kəskin hal happy wheels demo alıb.

Əvvəlcədən şəhərin əsas küçə və meydanlarını nəzarətə götürən hökumət qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Azarkeşlər daş ataraq polisə müqavimət göstərməyə çalışıblar.

Qarşıdurmalarda 100-dən çox “Traxtur” azarkeşi tutulub, onlarla insan isə yaralanıb. Polisin elektrik dəyənəyi ilə endirdiyi zərbə nəticəsində başından ağır xəsarət alan 11 yaşlı uşaq Təbrizin “İmam Rza” xəstəxanasına köçürülüb. Tutulanlar arasında Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəallar Hadi Həmidi Şəfəq və Milad Məhəmmədiyan da var.

 Onlar Abresan məhəlləsində tutularaq bilinməz istiqamətə aparılıblar.

Comments are closed.