VHP Siyasi Şurasının üzvü Samir Əsədli “Mərkəz” qəzetinin ”TEZ-BAZAR” rubrikasında

– Özünüzü 2 sözlə təqdim edin.

– Samir Əsədli.

– Sizi necə təqdim edəndə razı qalırsınız?
– Fəaliyyətimə uyğun.

– “Mən kiməm?” sualına necə cavab verirsiniz?
– Allahın bəndəsi.

– Dost…
– Çətin məsələdir.

– İlk sevginiz?
– Arxivdə qalıb.

– Əsas ixtisasınız?
– Geodeziya və Xəritəçəkmə.

– İstifadə etdiyiniz nəqliyyat növü?
– Ümumi nəqliyyat.

– Sevdiyiniz maşın markası?
– “Lexus”.

– Sevdiyiniz brend?
– Gözüm hansını tutdu.

– Sevdiyiniz saç düzümü?
– Səhər evdən çıxanda saçımı necə darasam, o.

– Sevdiyiniz rəng?
– Yaşıl.

– Ən çox bəyəndiyiniz ölkə və şəhər?
– Türkiyə, Bursa.

– Sevdiyiniz yemək?
– Dolma.

– Ən çox istifadə etdiyiniz söz?
– Salam.

– Leksikologiyanıza yad olan söz?
– Elə söz yoxdur.

– Sizi nə həyacanlandıra bilər?
– Bəd xəbər.

– Ən çox sevdiyiniz kitab?
– Coğrafiya kitabları.

– Ən çox sevdiyiniz yazar?
– Səməd Behrəngi, Sabir Rüstəmxanlı, Corc Oruell.

– Ən çox bəyəndiyiniz ifaçı?
– Qulu Əsgərov, Ağadadaş Ağayev, Flora Kərimova.

– Ən çox bəyəndiyiniz musiqi janrı?
– Klassik.

– Özünüzdə qeyri- adi istedad hiss edirsizmi?
– Bilmirəm.

– Mənfi xüsusiyyətiniz?
– Utancaq olmağım.

– İdeal insan necə olmalıdır?
– İdeal insan yoxdur.

– Özünüzü ideal insan hesab edirsizmi?
– İdeal insan yoxdur.

– Sizi özünüzdən nə çıxarda bilər?
– Bir sıra mənfi şeylər…

– Həyat fəlsəfənizi ifadə edin?
– Dostluq, xeyirxah iş görmək, Allaha bəndəlik etmək.

– Siz xoşbəxtsinizmi?
– Allah hərəyə bir tale qismət edib.

– Bədbəxtliyin xüsusi düsturu varmı?
– Yox!

– Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
– Yaxşı.

– Ölüm niyə ölmür?
– Allahın bu dünyada verdiyi vaxtın bitməsi ilə.

– Dinlərə münasibətiniz?
– Haqq dinlərə münasibətim haqq qədərdir.

– Kimdən və nədən xilas olmaq istərdiniz?
– Pis nə varsa hamsından…

– Falçıya inanırsızmı?
– Gərək, bədbəxt və qanmaz olasan ki, inanasan.

– Daş olmaq yaxşıdır yoxsa daşlaşmaq?
– Maraqlı sualdır.

– Sevinciniz nə qədərdir?
– Sevincim qədər…

– İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
– Səmini, düzgün, xoşxasiyyət olmalarına.

– Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
– Baxırda.

– Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
– Çayı keçib çay qırağındakı çayxanada oturub çay içmək yaxşı olar.

– Gülməyi xoşlayırsız, yoxsa güldürməyi?
– Baxır hansı məqama nə düşür.

– Mənə sualınız?
– Həyatı necə dərk edirsən?

– Həyatı olduğu kimi dərk edirəm.

Tural Türk

http://merkez.az/samir-%C9%99s%C9%99dli-%E2%80%9Callah-h%C9%99r%C9%99y%C9%99-bir-tale-qism%C9%99t-edib%E2%80%9D.html

Comments are closed.