Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Facebook sosial şəbəkəsindəki şəxsi profilinin son bir həftə ərzində sındırılmasına cəhd olunub və bunun qarşısı alınıb.

 Bu işdə maraqlı olan şəxslər S. Rüstəmxanlının adından profil açaraq səhifədə təhqiramiz sözlər yazmaqla məşğuldurlar. Həmin saxta profildən S. Rüstəmxanlının şəxsi profilinə və VHP-nin profilinə təhdidlərlə dolu ismarıclar göndərilər.

VHP-nin mətbuat xidməti S. Rüstəmxanlıya istinadən bildirib ki, “son günlərdə Facebookda onun adından yaradılan, lakin ona heç bir aidiyatı olmayan bu profillər vasitəsi ilə müxtəlif tanımadığı qruplarda, başqa dillərdə yazışmalar aparılır. Ona görə də mən özümə aid Facebook səhifəmi bağlayıram. Mənə aid olan səhifəni ləğv edirəm, və bildirərəm ki, bundan sonra sosial şəbəkələrdə aparılan yazışmalarda məsuliyyət daşımıram”.

VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli isə bildirib ki, bunu törədən şəxslər bir sıra dövlətlərin maraqlarını güdərək bu cür işlərə əl atırlar: “Bununla da S. Rüstəmxanlının, VHP və DAK-ın imicinə xələl gətirmək istəyirlər. VHP rəsmən bildirir ki, S. Rüstəmxanlının Facebook profili bu gündən etibarən bağlanır və bundan sonra Facebookda S. Rüstəmxanlıya aid səhifə müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Onun adından açılan şərhlərə nə Sabir Rüstəmxanlı, nə də VHP cavabdeh deyil”. 

Comments are closed.