Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanının) 2011-ci il üzrə illik məzruzəsində millət vəkiuli Sabir Rüstəmxanlının çıxışı: “Elmira Süleymanovanın baçşılıq etdiyi müvəkkiliyi Azərbaycanda normal fəaliyyət göstərən rəsmi qurumlardan biri olduğunu qeyd etdi. Sonra o, İnsan Hüquqlarının vəziyyətini cəmiyyətlə bağlı olduğunu və sistemin ümumi mənzərəsini əks etdirdiyini vurğulayaraq dedi: “İnsan Hüquqlraı geniş anlayışdır. Cəmiyyətin bütün təbəqələrinin, anaların, körpəlkərin, məktəblilərin, tələbələrin, əsgərlərin, müəllimlərin, işçilərin,  hüquq müdafiə orqanlarının, məhəmələrin, millət vəkillərinin,nəyayət, ıurnalistlkərin hüquqları. Bu sahələin hər birinin ölkəmizdəki vəziyyəti barədə ətraflı danışmaq olar. Bu geniş spektrin elə bir bölməsi yoxdur ki, orda qanunlar bütün gücü ilə işləsin. Ölkəmizdə İnsan Hüquqlarının mövcud vəziyyətini yaxşılaşdırmaq niyyəti ilə müəyyən rəsmi və hüquqi addımlar atılmışdır; Azərbaycan Respublikasının Prezidenti 2006-cı ildə konkret iş planı və ötən ilin dekabr ayının 27-də isə milli fəaliyyət proqramı imzalanmışdır. Milli Məclisdə bu sahə ilə bağlı bir sıra qanunlar qəbul edilmişdir. Yəni Azərbaycan vətəndaşlarının azadlıq hüququnun, seçki hüququnun, əmək hüququnun, sosila təminat, sağlamlıq, təhsil, mənzil, mülkiyyət hüquqlarının qorunmasına xidmət edən müvafiq hüquq bazası yaradılmışdır. Təəssüf ki, bu qanunlar işləmir və ya bütün mərhələlər üzrə kobud şəkildə pozulur. Bunun bir çox səbəbi var. Rüşvət, korrupsiya, özbaşınalıq kimi cəmiyyətin dayaqlarını sarsıdan  faktlardan danışmaq olar. Amma buna vaxt çatmaz. Ən başlıca bəlalardan biri hüquq mədəniyyətinin aşağı olmasıdır. Biz bu məclisdə məmur özbaşınalığı haqqında çox danışmışıq. Bu gün həmin məsələyə bir daha qayıtmaq istəyitəm. Bir vaxtlar  bu divarların arasında rayon rəhbərlərini balaca padşahlar adlandırmışdım. Indi onların özbaşnalığı padşah sözünün hüdudlarına sığmır. Rayonlarımızda icra başçıları addımbaşı öz səlahiyyət hədlərini aşırlar. Ona görə ki, çoxu bu işə yaramayan, az təcrübəli, ümumi təhsil və mədəniyyəti aşağı olan, xalqa hörmət hissindən uzaq, bölgələrin psixoligiyasını və qayğılarını bilməyən, göydəndüşmə,arxalı adamlardır. Qanunları bilmir və ona əhəmiyyət vermirlər. Bir sıra başçılar öz rayonlarının sakinlərini insan yerinə qoymur, onları qəbul etmir, şikayətlərini aylarla cavablandırmır və hətta küçədə rastlaşanda saılamlarını da almırlar. Onsuz da az olan iş yerləri “sərfəli”adam axtarışı ilə aylarla boş saxlanılır, təcrübəli, özünəgüvənən, yəni qul psixologiyasından uzaq adamlar və ya hər fürsətdən istifadə edib icra başçısına mədhiyyə deməyən əsil mütəxəssislər bu vəzifələrə götürülmürlər. Vəzifə sahiblərinin harınlığı, dövlət əmlakının israfçılığı, büdcədən gələn pulların divar və yol daşları dəyişmək kimi mənasız işlərə sərf olunması xalqın əsəbini tarıma çəkir. Hər icra başçısı getdiyi rayona öz şəxsi əmlakı, biznesi kimi baxır, istədiyi ərazini mənimsəyir, özəlləşdirir, mülkiyyət hüququ addımbaşı tapdalanır.

Hüquq pozuntusundan danışarkən mənim belə uzaqlara, yəni rayonlara getməyimə ehtiyac yoxdur. Elə götürək bu məclisin özünü. Millət vəkillərimizin böyük bir hissəsi qanunlarımıza sayqısızlıq göstərərək, ciblərində deputat vəsiqəsi daşıya-daşıya bizneslə məşğul olur və xalqın verdiyi səlahiyyəti öz şəxsi bizneslərinin inkişafına sərf edirlər. Əhali arasında ciddi narazılıq yaradan məslələrdən biri də öılkədə mövcud olan YAP təşkilatlardır. Məhəllələr sökülür, sökənin kimliyi bəlli deyil. Yaşıllıq massivləri zəbt edilir, restoranlar, yaşayış evləri, toyxanalar Bakının onsuz da daralmış nəfəsini bir az da daraldır, on illərlə zəhmətlə böyüdülmüş bağlar, parklar bir axşamda yoxa çıxır günahkarı tapılmır. Hansı təşkilatdan soruşurusan çiyinlərini çəkir. Cavabdeh təşkilata üz tutursan “bizlik deyil” cavabını eşidirsən. Bəs onda kimin boynundadır bu qanunsuzlıuqlar. Dövlətin məmurları bu çiyinçəkmələrlə bütün təqsirləri özlərindən yuxarı orqanların boyunlarına yıxmağa çalışırlar. Təkcə bunun özü onların yerində olmadıqlarını göstərən bir sübutdur. Məmur və xalq münasibətlərində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti onun tabeliyində olanlara nümunə olmalıdır. O rayonları gəzir, adamlarla və dövlət məmurları ilə görüşür, onlara görülən işlər barədə hesabat verir. Bu bir yüksək mədəniyyət əlamətidir Halbuki, daha çox həmin adamlar öz gördükləri və görmədikləri işlər barədə prezidentə hesabat verməlidirlər. Bəzi icra başçıları bundan heç bir nəticə çıxarmırlar. Onlar öz tabeliyində olan adamlarla ayrı bir dillə Azərbaycan Respublikasına başucalığı gətirməyən harınlıq, kobudluq və özbaşınalıqla, daha çox maraq və tərəfkeşlik dili ilə danışırlar.

Normal cəmiyyətdə insan və dövlət hüquqlarının sərhədləri dəqiq və dəyişilməzdir. Dözlət öz insanının hüquqlarını nə qədər ciddi müdafiə edirsə insan da öz dövlətininin hüquqlarına o qədər məsuliyyət və hörmətlə yanaşır. Bizdə bu sərhədlər pozulub. Bir çox məmurlar başa düşmürlər ki, onlar dövlət sözünü tutalqac edib insanları incitdikcə əslində dövlətə zərbə vurur və dövlət üçün problem yaradır, tədricən dövlət adından danışmaq hüququnu itiririlər. Unudurlar ki, dövlətini qurucusu insan olduğu üçün insan hüquqularının müdafiəçisi də dövlət olmalıdır”.  

Comments are closed.