Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanı arasında telefon və internet üzərindən görüşlər keçirilib.

Söhbət zamanı İran və bölgədəki son durum, güneyli soydaşlarımızın taleyi mövzusunda fikir mübadiləsi aparan liderlər Güney Azərbaycan diaspor təşkilatlarının pərakəndəliyi və zəif təşkilatlanmasından narahatlıqlarını dilə gətiriblər. Siyasi proseslərin hazırkı mərhələsində Güneylə bağlı bütün qurumların bir-biri ilə əlaqəsinin zəruri olduğunu önə çəkən S.Rüstəmxanlı bu məsələdə məsuliyyətin daha çox sədrlərin üstünə düşdüyünü bildirib.
Bir neçə gün davam edən müzakirələrdən sonra DAK və GAMOH-un əlaqələrinin yüksək səviyyədə qurulması barədə razılıq əldə edilib və fəaliyyətlərinin koordinasiya edilməsinin xırdalıqları razılaşdırılıb.

Çöhrəqanlı DAK-ın fəaliyyətini izlədiyini və uğurlarına sevindiyini diqqətə çatdırmaqla növbəti qurultayda iştirak edəcəyini də söyləyib.

                                                                                                                                           VHP Mətbuat Xidmət

Comments are closed.