Türkiyədə səfərdə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı İstanbulda keçirilən Karsın işğaldan qurtulmasının 91-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib.
S.Rüstəmxanlıdan aldığımız məlumata görə, Azərbaycan-Türkiyə Dərnəyində baş tutan konfransda türkiyəli elm və ədəbiyyat xadimləri ilə bərabər, İstanbulda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin başçıları, Azərbaycan konsulluğunun nümayəndələri də iştirak ediblər. 
Türkiyənin görkəmli ziyalıları həmin hadisənin tarixi əhəmiyyətindən və Türkiyənin sonrakı taleyində oynadığı roldan söz açıblar.
DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı konfransda məruzə ilə çıxış edib.

O, Türkiyə-Azərbaycan əlaqələri, Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətindən danışıb və iki qardaş millətin birliyinin zəruriliyini ifadə edib.   

Comments are closed.