Mayın 17-də Müsavat Partiyasının qərargahında 2 aprel aksiyasında həbs edilənlərin Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib.

Lent.az-ın məlumatına görə, konfransda çıxış edən komitənin sədri Vidadi Mirkamal həbslərin siyasi xarakterli olduğunu və tutulan şəxslərin dərhal azadlığa buraxılmalarını tələb etdiklərini deyib. Komitə hökumətə müraciət hazırlayıb.

 Müraciətdə 2 aprellə bağlı başlanmış istintaqın yekunlaşdırılması və tutulanların azad edilməsi tələbi qoyulub. Konfransa iştirak edən İctimai Palatanın katibi Gülağa Aslanlının verdiyi məlumata görə, bundan əlavə, iki millət vəkili Müsavat Mərkəzi Aparatının rəhbəri Arif Hacılının zaminə buraxılması üçün aidiyyatlı qurumlara müraciət ediblər. O bildirib ki, həmin deputatlar Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı VƏ Ümid Partiyasının sədri İqbal Ağazadədır.

Comments are closed.