Bu gün saat 15:00-da VHP-nin mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Rocer C.Riqaud VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşdü.

Görüşdə seçki ilində Azərbaycandakı və bölgədəki vəziyyət, ictimai-siyasi proseslərdə Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi müzakirə olundu. Sabir Rüstəmxanlı yenicə qayıtdığı Almaniya səfəri və Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, həmçinin Gülüstan müqaviləsinin 200 ilinin tamam olduğu bu ildə hələ də azərbaycanlıların bölünmüş xalq statusu almaması, Güney Azərbaycan, İraq türklərinin durumu, DAK-ın qarşısına qoyduğu məqsədlər və s. haqqında ətraflı məlumat verdi.

 

VHP Mətbuat və İnformasiya Xidməti  

Comments are closed.