Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya

 Hörmətli Sabir bəy!

 

Sizi, qarşıdan gələn yubilyeniz münasibəti ilə təbrik edir. Sizə uzun ömür, həyatda daha dəyərli olan can sağlığı, yorulmaz işinizdə və yaradıcılığınızda uğurlar arzu edirik.

İnsan, müəyyən bir yaşda özü-özünə hesabat verməyə çalışır. Mən kiməm? Nə üçün yaşayıram? İtirdiklərimin əvəzində nələri qazanmışam? və. s. Bu kimi suallara həyatda heç də hər kəs tam olaraq cavab verə bilmir. Məncə siz bu yaşda bir çox suallara tam olaraq cavab verə bilərsinizx. Sizin keçdiyiniz heç də asan olmayan həyat yolunuz, yaradıcılığınız, ictimai-siyasi fəaliyyətiniz, başında durduğunuz ailəniz və s.

Sizi xalqa sevdirən, keçən əsrin 80-ci illərin sonlarında Milli Azadlıq hərəkatının mənəvi cəhətdən təməlini qoyan, Azərbaycan xalqının yurd, vətənsevərlilik hisslərinin inkişafında böyük rol oynayan ”Ömür kitabı” adlı şah əsəriniz hələ çox yüz illər sonra sizi bu xalqın yaddaşında yaşadacaq. Biz Gəncəlilər isə “Gəncə qapısı” və “Ölüm zırvəsi” kimi əsərlərinizə görə daim sizə minnətdar olacağıq.

Bir daha Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər təşkilatı sizin (və bizim) Yubiley Bayramınızı təbrik edirik.

 

Hörmətlə,

VHP Gəncə şəhər Təşkilatı adından

Təşkilatın sədri                                A.A.Məmmədəliyev     

Comments are closed.