İran adlanan yerdə Azərbaycan dili və mədəniyyətinin tanınması uğrunda apardığı dinc mübarizəyə görə ərdəbilli gənc şair və jurnalist Səid Muğanlı tutulub. www.D-A-K.org –a daxil olan məlumata görə, “Ettelaat”ın Ərdəbil şöbəsinin əməkdaşları “Yaşmaq” ədəbi jurnalının əməkdaşı Səid Muğanlını iyunun 8-də atasının Ərdəbilin Yelsu kəndindəki mənzilindən aparıblar.  Evdə axtarış aparılıb, azərbaycanlı fəala məxsus kitablar, əlyazmalar və bir sıra digər şəxsi əşyalar götürülüb. Səid Muğanlı Azərbaycan dili və ədəbiyyatı uğrunda apardığı fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub. Onun hazırda harada saxlandığı barədə məlumat yoxdur.

Comments are closed.