Azərbaycanın dövlət rəsmilərinin olduğu helikopterin vurulması ilə bağlı müəmmalar hələ də qalır 

 

Bu gün içərisində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, siyasi xadimlərin olduğu vertolyotun ermənilər tərəfindən  vurulmasından 22 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili  kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri Xankəndinə gedən Mİ-8 N72 helikopterini vurublar. 

Məlum olanlar bunlardır…

1991-ci il noyabrın 20-də,  Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində, 22 nəfər həlak olub. Məlumata görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotut saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib.   Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov,  jurnalistlərOsman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “.. ermənilər göstərib…”

Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi….

Belə ki, Vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumat da yayıldıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokurror İ.Lazutkin hamını aldatdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.

Qəzanın səbəbləri…

Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşaiyət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.


Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 kmməsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

Qəza nəticəsində şəhid olan vətən oğulları: Allah rəhmət eləsin.

  1. Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
  2.  İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
  3.  Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
  4.  Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
  5.  Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
  6.  Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
  7.  Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
  8.  Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
  9.  İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
  10. Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
  11.  Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
  12.  Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
  13.  Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
  14.  Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
  15.  Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
  16.  Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
  17.  Alı Mustafa oğlu Mustafayev – telejurnalist
  18.  Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
  19.  Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
  20.  Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
  21.  Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
  22.  Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü

Comments are closed.