Parlamentdə müxalifət qrupuna daxil olan partiyalar qanun layihələri hazırlayacaqlar.

Bu barədə Gün.Az-a açıqlamasında quruma daxil olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirib.

O qeyd edib ki, bu istiqamətdə müəyyən hazırlıqlara başlandığını bildirib.

S.Əsədlinin sözlərinə görə, parlament müxalifət qrupunu yaradan partiyaların əsas məqsədi Milli Məclisdə həyata keçirdikləri fəaliyyətin əlaqələndirilməsi və təqdim olunan qanun layihələrinin müzakirəsində mümkün olan dərəcədə həmrəyliyin təmin edilməsidir.

“Bununla belə, qrupun fəaliyyəti sadaladığım məsələlərlə məhdudlaşmır. Təsisçi partiyalar həm də ölkə həyatının müxtəlif sahələrinə aid faydalı qanun layihələri hazırlamaq və onların parlamentdə qəbul olunmasına çalışacaqlar. Bildiyim qədər, bu yöndə müəyyən hazırlıqlara da başlanılıb”.

A.Zeynalov
Gün.Az

Comments are closed.