Bu gün, “Nida” Vətəndaş Hərəkatının həbsdə olan İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı şikayətinə baxılıb. Vəkil Yalçın İmanovun sözlərinə görə, Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət təmin edilməyib: “Məhkəmə prosesi hakim Elman Əhmədovun işi aparmasına etirazımızla başladı. Bu şikayətimiz təmin edildi və prosesə saat 15-ə qədər fasilə verildi. Fasilədən sonra prosesə Nəsimi Rayon Məhkəməsinin digər hakimi İkram Şirinov sədrlik etdi. Təəssüf ki, Üzeyir Məmmədlinin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət təmin edilmədi”.

Qeyd edək ki,  “Nida” Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Onlar, Əzizov Məmməd, Quliyev Bəxtiyar , Novruzlu Şahin, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlıdır. Onlara qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əzizov Məmməd ,Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.  Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib. Vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.

Comments are closed.