Bu gün Sumqayıt şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanın məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə müxalifətçi gəncə hökm oxunub. O, 2 il 6 ay azadlıqdan məhrum edilib Xatırladaq ki, Cabbar Savalan fevralın 5-də Sumqayıtda qanunsuz narkotik saxlama (0,17 qr. həşiş) ittihamı ilə həbs edilib.

***
Cabbar Savalanlının məhkəməsindən sonra 8 nəfər gənc saxlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə binasının qarşısında polis prosesi işıqlandıran jurnalistlərə və məhkəməyə gələnlərə təzyiq edib. “Azadlıq” qəzetinin əməkdaşı Natiq Adilov öz “twitter” şəbəkəsində onunla birgə 8 nəfərin saxlanılaraq Sumqayıt şəhər 3-cü polis bölməsinə gətirildiklərini yazıb. Saxlanılanlardan bir neçə nəfərin adı məlum olub. Onlar Elçin Həsənov, Emin Axundov, Zaur Qurbanlı, Elturan Rüstəmlidir. N.Adilov döyülərək, fotoaparatınının əlindən alındığı bildirilib.

Comments are closed.