Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Cavid Mehrəliyev akademik arayış almaq üçün Bakı Dövlət Universitetə daxil olarkən dörd nəfər mühafizəçi tərəfindən saxlanılıb. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, C. Mehrəliyev rəisin otağına aparılıb və 30 aprel ADNA terror qurbanlarının anım tədbirinə çağırış vərəqələrinin onun çantasından çıxması böhtanı ilə fiziki zorakılığa məruz qalıb.

Xatırladırıq ki, Cavid Mehrəliyev 02 aprel mitinqində iştirak etdiyinə görə BDU-nun tarix fakültəsinin 3-cü kursundan xaric edilib.

Comments are closed.