Bu gün Müsavat Partiyasının qərargahında bir qrup gənclər təşkilatları son günlərdə həbs olunan gənclərin müdafiəsilə bağlı tədbir keçirib.

Bu barədə VHP Gənclər Təşkilatı sədri Emil Bağırov məlumat verib.

VHP, Müsavat, AXCP, ADP, VİP, Ümid, KXCP gənclər təşkilatları, həmçinin, “Dalğa”, “Azad Gənclik”, “Gənclər Klubu” İB, “10 dekabr”, “Nida və daha bir neçə gənclər təşkilatlarının qatıldığı tədbirdə həbs olunan gənclərin müdafiə komitəsinin yaradılması barədə qərar çıxarılıb.

APA-nın məlumatına görə, çıxış edən Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı tədbirin son üç ayda həbs olunan gənclərlə bağlı olduğunu bildirib. S. Soltanlı Bəxtiyar Hacıyev, Tural Abbaslı, Əhəd Məmmədli, Cabbar Savalanlı və digər gənclərin haqsız yerə həbsdə saxlanıldığını deyib.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı çıxışında həbs olunan gənclərin ruhdan düşmədiyini, mübarizəni davam etdirəcəklərini bildirib. O, müxtəlif gənclərin hüquqlarını müdafiə komitəsinin olduğunu, həmin komitələrdən bir neçəsinin birləşdirildiyini deyib: “Biz artıq Bəxtiyar Hacıyevin happy wheels demo Hüquqlarını Müdafiə Komitəsinə də müraciət etmişik. Bütün müdafiə komitələrinin birləşərək birlikdə fəaliyyət göstərməsi daha effektiv olar”.

“Nida” Vətəndaş Hərəkatının üzvü, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər çıxışında Ə. Qurbanlının müdafiə komitələrinin birləşdirilməsi təklifini dəstəkləyib. O, gənclərə bir neçə istiqamətdə aksiyalar keçirməyi təklif edib: “Məsələn, “Amnesty İnternational” təşkilatı vasitəsilə Eynulla Fətullayevə məktublar göndərilməsinə nail olurduq. Hazırda həbsdə olan gənclərə də belə məktubların göndərilməsini təşkil etmək olar”.

T. Qəmbər Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri önündə aksiya keçirilməsini də təklif edib. “Məqsədimiz tez-tez hadisə yaradıb gündəmdə qalmaq olmalıdır” – deyə, T. Qəmbər bildirib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı də müdafiə komitələrinin birləşdirilməsi təklifini dəstəklədiyini deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat şöbəsinin müdiri Samir Əsədli ümumilikdə gənclər təşkilatının koordinasiya qurumunun yaradılmasını təklif edib.

Tədbirin sonunda müdafiə komitəsi adından gənclərin həbsinə etiraz əlaməti olaraq, bəyanat qəbul edilib.

Comments are closed.