Bu gün bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətlin ikinci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, VHP, AXCP, Müsavat, ADP Gənclər Təşkilatlarının, 10 Dekabr”, “Azad Gənclik” və “Nida” təşkilatından olan gənclər Cəfər Cabbarlının heykəlinin qarşısından ADNA-nın faciə baş verən ikinci korpusunadək yürüş edib. Daha sonra aksiya iştirakçıları ADNA-nın ikinci korpusunun qarşısına gül düzüb, şamlar yandırıblar.

Comments are closed.