İclasa KŞ-nin üzvü Pənah Hüseyn sədrlik edib. P.Hüseynin verdiyi məlumata görə, toplantıda 8 mayda saat 12-də Şuşanın işğalı ilə bağlı Şəhidlər Xiyabanın ziyarət olunması qərarı verilib. İctimai Palatanın üzvü və ictimai təhqiqat qrupunun rəhbəri Vidadi İsgəndərlinin həbsi ilə bağlı İctimai Palatanın bəyanatı qəbul olunub. Avropa Birliyinə Azərbaycanda siyasi motivlərə görə universitetlərdən qovulmuş tələbələrin təhsillərinin davam etdirilməsinə şərait yaradılması barədə müraciət qəbul edilib. Mayın 6-da saat 15-də İctimai Palatanın iqtisadiyyat komissiyasının Dəyirmi Masasının keçirilməsi qərarı verilib. Gəncədə həbs olunmuş ruhanilərin aclıq aksiyası ilə bağlı səhhətləri üçün yaranmış narahatlıq ifadə olunub və onların happy wheels demo tələblərinin nəzərdən keçirilməsi məqsədəuyğun hesab edilib. Bu məsələnin hakimiyyət orqanları qarşısında qaldırılması qərara alınıb.
P.Hüseynin dediyinə görə, iclasda bir qrup İP üzvünün və siyasi partiyalar nümayəndələrinin İctimai Palatanın işini təşkil etmə istiqamətləri ilə bağlı təklifləri müzakirə olunub. Həmçinin mitinqin təyin olunması ilə bağlı İctimai Palata üzvlərinin və İP-də təmsil olunan partiya nümayəndələrinin müraciətini müzakirə edib. Qərara alınıb ki, İP-in 29 aprel sessiyasında kütləvi aksiyalar haqqında qəbul olunmuş qərara uyğun olaraq hakimiyyət orqanları ilə aparılan danışıqların və mitinqin keçirilməsi ilə bağlı səylərin davam etdirilməsi məqsədəuyğun sayılsın.

Comments are closed.