Gənclər mitinqi təxirə saldı

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-nə nəzərdə tutduğu mitinqi təxirə salıb. Bunu “Media forum” saytına komitənin İdarə Heyətinin üzvü Samir Əsədli deyib.

Gənclərin Hüquqların Müdafiə Komitəsi martın 4-də paytaxtda mitinq keçirmək üçün fevralın 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Gənclər aksiyanı 3 meydandan birində (Fizuli meydanı, “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısı) keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti martın 2-də bildirib ki, tələb olunan yerlərdən heç biri mitinq keçirməyə uyğun deyil.

Meriya mitinq keçirmək üçün alternativ yer göstərməyi

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı “Azadlıq”a deyib ki, Müdafiə happy wheels demo Komitəsi mitinqi təxirə salmaq və martın 5-də yenidən BŞİH-ə kütləvi aksiyaya yer ayırmaq üşün müraciət etmək qərarına gəlib. Bundan başqa gənclər, BŞİH-i onların hüquqlarını pozduğu üçün məhkəməyə vermək niyyətindədirlər.

VHP Gənclər Təşkilatının sədr müavini Pünhan İmamlı isə bildirib ki, BŞİH-nin bu qanun puzuntusuna hüquqi müstəvidə cavab veriləcək: “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin bu qanunsuzluğuna hüquq müstəvisində iddialar qaldırılaraq, merya məhkəməyə veriləcək və kütləvi etiraz aksiyaları təşkil ediləcək, həmçinin 5 mart tarixdə  növbəti mitinq üçün yenidən müraciət ediləcək, bütün beynəlxalq qurumlara proses barəsində hesabatlarında əks olunması üçün  geniş məlumat veriləcə”.

 

Comments are closed.