Mart ayında rəsmi məlumat verildi ki, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlı arasında danışıqlar aparılıb. Danışıqların əsas mövzusu bölgədəki, xüsusən İrandakı son durum, güney azərbaycanlıların taleyi ilə bağlı məsələlər olub. Müzakirələrdən sonra DAK və GAMOH-un əlaqələrinin yüksək səviyyədə qurulması barədə razılıq əldə olunub və fəaliyyətlərin koordinasiya edilməsinin xırdalıqları razılaşdırılıb.

Bu razılaşma nə yerdədir? “Media forum” saytı bu sualı Sabir Rüstəmxanlıya ünvanlayıb. DAK həmsədri deyib: “Mahmudəli Çöhrəqanlı Güneydə kifayət qədər nüfuzu və ardıcılları olan bir şəxsdir, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideridir. Eyni zamanda o, DAK-ın Məşvərət Məclisinin sədridir. Yəni bizim fəaliyyətimiz bu baxımdan birdir, biz bir yerdə fəaliyyət göstəririk. Tez-tez zəngləşirik, əlaqə saxlayırıq. Şübhəsiz ki, bizim iş planımız var, fəaliyyətimizi onun əsasında qururuq. Hazırda planlarımızın bütün xırdalıqlarını deməyə ehtiyac görmürəm. Həmin işlər reallaşdırıldıqca mətbuat happy wheels demo bundan xəbər tutacaq”. 

Bəzən Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların bir araya yığılması kimi məsələlər və bunun lazımınca alınmaması problemləri gündəmə gəlir. DAK həmsədri qeyd edib ki, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların bir qurumda cəmlənməsi bu gün real deyil və hətta ola bilsin, buna ehtiyac da yoxdur, çünki burada fəaliyyət istiqamətləri müxtəlifdir: “Bir qayda olaraq hansısa xarici ölkədə, eyni ölkədə yaşayan soydaşlarımız, diaspor təmsilçilərimiz bir dərnəkdə yığışmaqdansa müxtəlif dərnəklərdə toplanırlar. Bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəbləri daha çoxdur. Bir araya gəlməmək, yaxud bir-birini həzm edə bilməmək, görünür, bizim canımızdadır. Təəssüf ki, bu az qala milli mentalitetimizin, varlığımızın əlamətinə çevrilməkdədir. Bununla belə, düşünürəm ki, ən böyük hədəfə, milli hədəfə çatmaq məqamında, ən prinsipial məqamda hamı bir yerdə ola bilər. Gündəlik məsələrlə bağlı işlərdə isə bu alınmır. Amma milli hədəfə çatmaq məqamında hamının bir yerdə ola biləcəyinə ümidliyəm”.

Comments are closed.