Təbriz İnqilab Məhkəməsinin dördüncü şöbəsində hakim Bayatın sədrliyi ilə Təbrizin “Maralan” qəbirstanlığında, tanınmış mübariz Çingiz Bəxtavərin dəfn mərasimində həbs olunaraq sonradan mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmış Güney Azərbaycan Milli Hərəkatının 6 fəalının məhkəməsi keçirilib.
 www.D-A-K.org –a daxil olan məlumata görə, bunlar Əlihüseyn Təhəmtən, İbrahim Fərəczadə, İbrahim Asimani, Rza Əbri, Hadi Mürtəza Silab və Məhəmmədrza Yusifidir. Ancaq İbrahim Fərəczadə, Hadi Mürtəza Silab və Məhəmmədrza Yüsifi məhkəməyə çağırılmadıqları üçün iclasda iştirak etməyiblər.
Soydaşlarımız sistemin əleyhinə təbliğat aparmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək, ictimaiyyəti təşvişə salmağa çalışmaq, pantürkist qruplara üzv olmaq, internet sahəsində sistemin əleyhinə fəaliyyət happy wheels demo göstərmək və “Traktor” azarkeşlərini təhrik etməkdə ittiham olunublar. Ancaq onlar irəli sürülən ittihamları rədd edərək, məhkəmənin hakiminə zorla etiraf alınması üçün “Ettelaat”ın təcridxanasında döyüldüklərini, müxtəlif cür işgəncələrə məruz qaldıqlarını və müstəntiqlərin milli fəallarla kobud rəftar etdiklərini bildiriblər. Məhkəmə iki saat sürüb.
 Xatırladaq ki, 2010-cu ilin yanvarında 22 soydaşımız mərhum Çingiz Bəxtavərin dəfn mərasimində tutulmuş, onlardan 6-sı “Ettelaat” Təbriz şöbəsinə aparılmışdılar. Bunlar da Rza Əbri (76 gün), Hadi Mürtəza Silab və Əlihüseyn Təhəmtən (53 gün), İbrahim Fərəczadə, İbrahim Yusifi və Məhəmmədrza Yusifi (20 gün) idi ki, sonradan mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Comments are closed.