Türkiyədə qızğın seçki kampaniyası gedir. Partiyalar bütün güclərini iyunun 12-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə səfərbər ediblər. Parlamentə seçkilər sonuncu dəfə 2007-ci il 22 iyul tarixində keçirilib. Həmin seçkilərdə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP namizədləri seçicilərin ümumi səsinin 46, 66 faizini toplayaraq parlamentdə hakim partiya adını qazanıb.

Türkiyədə indiki seçki kampaniyası, seçkiöncəsi şəraitin nə yerdə olduğuna aydınlıq gətirmək məqsədilə MHP-li millət vəkili, hazırda da deputatlığa namizəd olan Atilla Kaya ilə əlaqə saxladıq. A.Kaya toplantıların və seçicilərlə görüşlərin davam etdiyini, normal seçki kampaniyasının keçirildiyini bildirdi.
MHP-nin durumuna gəlincə, A.Kaya bildirdi ki, partiyanın vəziyyətinin necə olması parlament seçkilərindən sonra bəlli olacaq: “Hələlik kampaniya yaxşı gedir. Vətəndaşın happy wheels demo və xalqın bizə olan münasibəti, bizdən olan gözləntiləri bizi qane edir. Uğur qazanmaq üçün əlimizdən gələni edirik. Hər gün səhərdən axşama qədər seçicilərlə görüşlər keçiririk. AKP-ni məğlub etmək, uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
A.Kaya namizədlərin müəyyənləşdirilməsi prosesində də ciddi problemlərlə qarşılaşmadıqlarını söylədi: “Digər partiyalarda bu məsələ ilə bağlı çəkişmələr oldu. Amma biz belə halla qarşılaşmadıq”.
Bir neçə gün öncə MHP rəhbərliyində yer tutan iki partiya rəsmisi barəsində yayımlanan videogörüntülərə gəlincə, A.Kaya dedi ki, hər iki şəxs partiyadakı və parlamentdəki vəzifələrindən xaric olunublar: “Partiyanın baxışının əleyhinə çıxanlar partiyada qala bilməzlər. Bu səbəbdən də o insanlar sıralarımızdan xaric edildilər. Həm partiya, həm də millət vəkili kimi vəzifələrindən ayrıldılar”.

Comments are closed.