Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi narkotik vasitə saxlama ittihamı ilə tutulmuş bloqçu Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbirindən verilən şikayətə baxıb. Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Media forum” saytına deyib ki, proses qapalı keçirilib: “Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Ömər Məmmədov da iştirak edib. O, ittihamları qəbul etməyib. Bütün verilən sübutlara baxmayaraq hakim Nərimanov Rayon Məhkəməsinin Ömər Məmmədov haqqında çıxardığı həbs qətimkan tədbirini qüvvədə saxlayıb”.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Ömər Məmmədov da iştirak edib. O, ittihamları qəbul etməyib. Ömər Məmmədovun vəkili Əlayif Həsənov musavat.com-a açıqlamasında bildirib ki, məhkəmə prosesi tamamı ilə qanunsuz formada keçirilib. “Mən məhkəmədə müstəntiqdən israrla bir sualıma cavab verməsini istədim: doğrudanmı Ömər Məmmədov Nərimanov məhkəməsində narkotik istifadəçisi olduğunu etiraf edib? Hakim Ö. Məmmədovun bu haqda məhkəmədə danışacağını, ona qarşı edilən təzyiqləri, döyülməsini, narkotik vasitənin onun cibinə atılması haqqında danışacağı üçün, bu sualdan yayındı. Bu məhkəmə tamamilə qanunsuzdur. Biz bu kimi hallara artıq öyrəşmişik. Buna bənzər sifarişli məhkəmələrdə də eyni proseslər gedir. Amma buna baxmayaraq, mən Ö. Məmmədovla görüşdüm. Saxlanma şəraitindən narazılığı yoxdur, psixoloji durumu normaldır. Görüş happy wheels demo zamanı məlum oldu ki, onun həbs etməzdən qabaq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Onun noutbukuna baxış keçiriblər. Hansı fəaliyyətlə məşğul olduğunu araşdırıblar. Yanvarın 24-də isə onu həbs ediblər. Ömər Məmmədov mənə bildirdi ki, onu saxlanılan zaman döyüblər, təzyiq göstəriblər. Saxlanılan zaman onun cibindən çıxdığı iddia edilən narkotik vasitəni isə onun cibinə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən atıblar. Ömər Məmmədovun həbsi sırf siyasi sifarişdir. O, heç vaxt narkotik istifadə etməyib, hətta siqaret də çəkən olmayıb. Bütün verilən sübutlara baxmayaraq, hakim Nərimanov Rayon Məhkəməsinin Ömər Məmmədov haqqında çıxardığı həbs qətimkan tədbirini qüvvədə saxladı”.
Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür. Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

Comments are closed.