İctimai Palata ölkədə demokratik dəyişikliklər və köklü islahatlarla bağlı «Yol xəritəsi» hazırlayıb. Hələlik layihə şəklində olan sənəd İP-də qəbul edildikdən sonra hakimiyyətə və ictimaiyyətə təqdim olunacaq. Layihəni təqdim edirik:

Demokratiyaya keçidin yol xəritəsi

1.    Rəsmi hakimiyyət və İctimai Palata  arasında siyasi dialoq başlayır.

2.   Azərbaycan Respublikası Prezidenti yanında Demokratik  İslahatlar Şurası (DİS) haqqında Konstitusiya qanunu qəbul edilir və bu Şura ölkədə köklü islahatların həyata keçirilməsini təmin edir.
2.1. Demokratik İslahatlar Şurası  Rəsmi hakimiyyət və İctimai Palatanın paritet əsasda təqdim etdikləri namizədlərdən ibarət tərkibdə formalaşdırılır. DİŞ – da  siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları,  ziyalıların, gənclik hərəkatlarının nümayəndələri təmsil olunur.
2.2 Demokratik İslahatlar Şurası  ictimai əsaslarla, Konstitusiya Qanununda müəyyən edilmiş müddət ərzində daimi və aşkarlıq şəraitində fəaliyyət göstərir.

3. Konstitusiya islahatları sahəsində:
3.1. İslahatlar şurası  yeni Konstitusiya layihəsi hazırlayır
3.2. Prezident idarəçiliyi sistemindən parlament idarəçiliyi sisteminə keçilir.
3.3. Prezidentin qanunları təsdiq etmək, ali baş komandan, və ali hakim funksiyaları saxlanır.
3.4. İcra hakimiyyətinin başçısı parlament tərəfindən seçilən və parlamentə hesabat verən Baş Nazirə verilir.
3.5. Eyni bir şəxsə dair konstitusiyada xüsusi olaraq göstərilən vəzifələrə seçilməyə,  vəzifədə olma təkrarlılığına və  müddətlərinə məhdudiyyət və əvəzlənmə proseduraları tətbiq edilir.
3.6 Mərkəzi və yerli özünüidarə orqanları proporsional seçki sistemi əsasında formalaşdırılır.

4.Mərkəzi hakimiyyət və yerli özünüidarə orqanlarının formalaşdırılması sahəsində
4.1. Hakimiyyət və DİŞ mövcud Konstitusiyada müəyyən edilmiş prosedurlara əməl 
etməklə:
4.2. Milli Məclisə növbədənkənar   seçkilər  keçirir.
4.3. Seçki Məcəlləsinin demokratikləşməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının,  
siyasi müxalifətin və beynəlxalq təşkilatların  təklif və tövsiyələrini nəzərə alan əlavə    
dəyişikliklər edilir. O  cümlədən: Seçki komissiyaları hakimiyyət və müxalifətin paritet 
əsasda təqdim etdikləri  namizədlərdən formalaşdırılır.  Seçkinin geniş beynəlxalq 
müşahidəçiliyin mövcudluğunun təmin edilməsi üçün əlavə tədbirlər həyata  keçirilir.
4.4. İri şəhər bələdiyyələrinin yaradılır.
4.5. Bələdiyyə başçılarının birbaşa seçilir.
4.6. Bələdiyyələrin çoxpartiyalı əsasda seçilir.
4.7. Yerli icra hakimlərinin yerli özünüidarə ilə bağlı  səlahiyyətlərinin bələdiyyələrə verilir.

5. Əsas insan hüquq və azadlıqları sahəsində:
5.1. Siyasi amnistiya verilir. Bütün vicdan və siyasi məhbuslar dərhal azad edilir və onların bütün mülki və siyasi hüquqları bərpa edilir.
5.2. Sərbəst toplaşma azadlığı problemləri həll edilir. Bakıda və digər yaşayış məntəqələrində mitinq, nümayiş və yürüşlər üçün məqbul yerlər müəyyən edilir. Sərbəst toplaşma azadlığı haqqında qanunda məhdudlaşdırıcı müddəalar götürülür. Azadlıq meydanı kütləvi aksiyalar üçün açılır.
5.3. Müxalifətin və siyasi partiyaların televiziyaya efiri məkanına normal çıxışı təmin edilir.   
Bu məqsədlə xüsusi televiziya yaradılır və ya  İctimai televiziya bu iş üçün istifadə edilir.
5.4. İnformasiya haqqında qanun liberallaşdırılır.
5.5. Elektron hökumət  haqqında qanun qəbul edilir.
5.6. QHT- lərin qeydiyyat məsələləri həll və onlara ən geniş fəaliyət azadlığı verilir.
5.7. Diffamasiya haqqında qanun qəbul edilir.
5.8. Vicdan və dini ibadət azadlıqları və bu azadlıqların tərkib hissəsi kimi hicab azadlığı 
təmin edilir.

6. Sosial hüquqlar sahəsində.
6.1. Sosial dövlət konsepsiyası hazırlanır və həyata keçirilir.
6.2. Maaş və  sosial ödənişlərin minimum hədləri və ya baza hissələri dərhal iki dəfə artırılır 
6.3. SSRİ dövrü əmanətləri qaytarılır.
6.4. Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsi təmin edilir.
6.5. Ana və uşaqların sosial imtiyazları bərpa edilir.

7. Korrupsiyaya qarşı mübarizə sahəsində:
7.1. Korrupsiyaya qarşı mübarizə komissiyası yenidən təşkil edilir və DİS- in formalaşdırılması prinsipi ilə yaradılır.
7.2. Adı korrupsiya qalmaqallarında hallandırılan oliqarx məmurlar  vəzifədən uzaqlaşdırılır,  barələrində təhqiqat başlanır və bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu və siyasi vəzifələr tutmasına yol verilmir.
7.3. Dövlət büdcəsindən maliyyələşən iş və xidmətlərin  monitorinqləri həyata keçirilir.

Nəzərə alınmalıdır ki, yuxarıda təklif olunan yol xəritəsi konkret bir dövr – demokratiyaya keçid dövrü və demokratiyaya keçidin təminat  nəzərdə tutulur və demokratik dəyişikliklərin təminatı kimi nəzərdə tutulur. Məsələn Pespublika prezidenti yanında Demokratik İslahatlar Şurası keçid orqanıdır .  Ən mühüm problem hakimiyyət qollarının azad və ədalətli və demokratik seçkilər vasitəsilə formalaşdırılmasına nail olmaqdan ibarətdir. Təmamilə aydındır ki, həqiqətən müstəqil məhkəmə sistemi olmadan, xüsusilə müdafiə tərəfinin hüquqları təmin edilmədən mükəmməl demokratik sistemdən danışmaq mənasızdır. Bunu üçün isə ciddi məhkəmə islahatlarına ehtiyac vardır. Lakin məhkəmə islahatları keçid dövrü tədbirləri başa çatdıqdan sonra aparılması daha mümkün görünür. Nəhayət, keçid dövrü müddətinin maksimum 6 ay- 1il olmasının nəzərdə tutulduğunu qeyd etməyi lazım bilirik.

 

Comments are closed.