Rafiq Manaflı: “Hələ kimin getməsi, kimin qalması dəqiqləşməyib”

 Azərbaycan müxalifətinin əsas güc mərkəzi hesab olunan İctimai Palatanın Koordinasiya Surasında (İP KŞ) istefalar barədə məlumatların yayınlması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Belə ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədə Azərbaycan partiyalarının etiraz müraciətinin İP-də təmsil olunan müxalifət partiyaları tərəfindən imzalanması və bu müraciətin sonra İP KŞ-da say çoxluğu ilə  dəstəklənməsi istefalarla nəticələnib.
Koordinasiya Şurasının sentyabrın 19-da keçirilən iclasında gedən müzakirələrdən sonra ctimai Palatanın Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn və Zəfər Quliyevin qurumdan istefa verdiyi barədə məlumat yayılıb.
Pənah Hüseyn Koordinasiya Şurasından istefa verdiyini, lakin fəaliyyətini İP üzvü kimi davam etdirəcəyini deyib: “Mən və daha bir neçə nəfər İctimai Palatanın Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmək məsələsinə yenidən baxacağımız haqqında mövqe açıqlamışıq. Mən fəaliyyətimi İctimai Palatanın üzvü kimi davam etdirəcəyəm. Koordinasiya Şurasının üzvlüyündən çıxmağım və baş verənlərlə bağlı ictimaiyyətə daha geniş açıqlamam olacaq”. 
İP Koordinasiya Şurasının keçmiş üzvü Zəfər Quliyev qurumdan dünən istefa verdiyini deyib: “İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilmiş iclasında toplantıya sədrlik edən Pənah Hüseyn qurumun üzvlüyündən istefa verdiyi elan etdi. O bildirdi ki, Koordinasiya Şurasının bu cür fəaliyyəti onu qane etmir. Onun istefası qərarı mən və Köçəri Nağıbəyli tərəfindən dəstəkləndi. Biz də istefa verdiyimizə dair mövqeyimizi açıqlamışıq. Bizim istefa verməyimizə səbəb Koordinasiya Şurasının dünən keçirilmiş iclası və gündəlikdə duran məsələ olub”. 
Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının 19 sentyabr iclasında siyasi partiyaların Avropa Parlamentinə göndərdiyi birgə müraciətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilib ki, İctimai Palatanın Koordinasiya Şurası Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycan siyasi partiyalarının birgə müraciətini imzalamış İctimai Palatanın üzvləri olan siyasi partiya liderlərinin bu addımını təqdir edir”.
İctimai Palatada nələrin baş verdiyini və qurumdakı proseslərin hansı istiqamətdə cərəyan etdiyini öyrənmək məqsədi ilə “Üç nöqtə” İP KŞ üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı ilə əlaqə saxladı.
R.Manaflı bildirdi ki, mübahisə mövzusu sözügedən müraciətin İP adından qurum olaraq dəstəklənməsinin vacib olub-olmamaması idi: “Həmçinin  qətnamədəki bəzi məqamlararla mağlı fakir ayrılıqları olub. Ümumiyyətlə, İctimai Palata vahid komandadır və komand aolaraq bu müraciətin müzakirəsi, dəstəklənməsi də məsləhət bilinmişdi. Fərqli düşünənlərin də narazı olması normaldır. Lakin istefa məsələləri və kimin getməsi, kimin qalması hələ dəqiqləşməyib. Mən bildiyimə görə, Pənah Hüseyn və Köçəri Nağıbəyli KŞ-dan istefa barədə qərarlarını hələ dəqiq açıqlamayıblar. Onların qurumdan ayrılacaqlarını düşünmürəm, İP-in ən fəal üzvlərindəndirlər. O ki qaldı İP-də parçalanma barədə məlumatlara, bu İP-I sevməyənlərin yaydığı məlumatdır”
Lakin VHP Ali Məclisinin sədri etiraf etdi ki, prezident seçkiləri ilə bağlı İP-də  fakir ayrılıqları var: “Amma bu, parçalanmalara gətirib çxıarmayacaq. VHP sədri də bəyan edib ki, müxalifət seçkilərə vahid namizədlə qatılsa, biz seçkilərə partiya olaraq qatılmayacağıq. Lakin başqa partiyalar da qatılsa, onda biz də öz namizədimizlə seçkilərə gedəcəyik. Hər halda ümid edirik ki, seçkilərə az qalmış da olsa, İP-də vahid namizəd problemi həll olunacaq”.
Rüfət

“Üç Nöqtə” qəzeti

Comments are closed.