“Vətəndaş Həmrəyliyi Partiyası olaraq istər İctimai Palatananın Koodinasiya Şurasında, istərsə də Palatanın bölgə bölmələrində təmsil olunmaqla bağlı müzakirələr aparırıq”. Bu barədə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli SalamNews-a açıqlamasında danışıb.

Onin sözlərinə görə, hələlik VHP-dən İctimai Palatanın fəaliyyətində 6 nəfər iştirak edir: “Siyasi Şuranın qərarı olmadığından geniş təmsilçiliyimiz yoxdur. Həm də bölgələrdə yalnız dörd partiyanın – Müsavat, AXCP, AMİP və KXCP-nin üzvləri İctimai Palatanın təsisçisi kimi çıxış edir”.

Samir Əsədlinin fikrincə, VHP Siyasi Şurasının ümumi qərar verdiyi halda partiyanın Koordinasiya Şurasında təmsil olunması gündəmə gətirilə bilər: “Fikrimcə, VHP-nin İctimai Palatanın Koordinasiya Şurası üzvlüyünə irəli sürməyə yeganə namizədi Rafiq Manafov ola bilər”.

Comments are closed.