İctimai Palata gənc fəal Cabbar Savalanlının azadlıqdan məhrum edilməsi haqda məhkəmə qərarı ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Cabbar Savalanlı siyasi sifarişlə həbs edilib və məqsəd Azərbaycanda başlayan gənclər hərəkatının qarşısını almaq, gəncləri ruhdan salmaqdır. “Repressiyalıarı gücləndirməkdə davam edən Azərbaycan hakimiyyəti fəallaşan gəncliyi ictimai, siyasi proseslərdə iştirakdan çəkindirmək üçün onlara qarşı daha aqressiv davranmağa başlayıb. AXCP Gəncər Komitəsinin üzvü Cabbar Savalanlı buna görə həbs edilib. Cabbar Savalanlıya qarşı iddia tam saxtadır, buna uyğun olaraq məhkəmə qərarı da tam ədalətsizdir. İctimai rəydə bununla bağlı zərrə qədər də şübhə yoxdur”.

İctimai Palata Azərbaycan hakimiyyətindən tələb edir ki, belə çürük metodlarla Azərbaycan vətəndaşlarını təhdid etmək siyasətinə son qoysun, avtoritarizmin tarixi gerilik olduğunu bir həqiqət olaraq dərk etsin, sökülməkdə olan diktatura rejimlərindən ibrət, mütərəqqi dünyadan isə örnək götürsün.

Comments are closed.