Bakı şəhər İcra Hakimiyyəti Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) mitinqinin keçirilməsinə icazə verib. 

Bu barədə “Qafqazinfo”ya komitənin üzvü Samir Əsədli deyib. Onun sözlərinə görə icra hakimiyyəti bu gün onlara cavab məktubu göndərib. İcra hakimiyyəti aksiyanın Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi ilə razılaşıb. 

S. Əsədli deyib ki, aksiyada “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriləcək.

Comments are closed.