Güney Azərbaycan 2006-ci il may hadisələrinin 5-ci ildönümünə hazırlaşır. www.D-A-K.org –a daxil olan məlumata görə, bununla bağlı müxtəlif şəhərlərdə əhali aksiyalara dəvət edilir, bildirişlər yayılır. 
Belə ki, Təbriz Azad Universitetində 22 may hadisələrinin 5-ci ildönümüylə bağlı vərəqələr yayılıb. 2006-ci ildə “İran” adlı qəzetdə türklərə qarşı dərc olunan təhqiramiz karikaturayla başlanan olayların növbəti ildönümüylə bağlı keçiriləcək yürüşə çağırış məqsədilə yayılan vərəqələr azərbaycanlı tələbələr tərəfindən rəğbətlə qarşılanıb və qısa müddətdə ali təhsil müəssisəsi daxilində geniş miqyasda yayılıb. Bu çağırışdan vahiməyə düşən universitetin təhlükəsizlik bölməsinin məsulları dərhal hərəkətə keçib, ali təhsil müəssisəsinin qapılarını bağlayıb və axtarışlara başlayıblar. Onlar qabaqlayıcı tədbirlər almaq və gözlənilən aksiyaların qarşısını almaq məqsədilə mülki geyimli polisləri və bəsiciləri (yarımsilahı könüllü hökumət dəstələri) də universitetə çağırıb və ali təhsil müəssisəsini nəzarətə almağa çalışıblar. Hətta bəsicilərlə tələbələr arasında kiçik qarşıdurmaların da olduğu bildirilir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın qorxmaz tələbələri vərəqələri kifayət qədər yayıb və öz məqsədlərinə çatıblar. Bundan əlavə, Urmu şəhərində milli fəallar may hadisələrinin 5-ci ildönümünə çağırışları məktub və elanlar şəklində yayıblar. Mayın 17-də şəhərin mərkəzindəki evlərə, şirkətlər və ticari mərkəzlərinin poçt qutularına aksiyaya çağırışlar məktub şəklində atılıb və şəhərin izdihamlı xiyabanlarının divarlarına bununla bağlı elanlar yapışdırılıb. Çağırışlarda Urmu camaatı mayın 22-də yerli vaxtla saat 17:00-da aksiyaya dəvət edilir. Həmçinin Sulduz camaatı mayın 22-də yerli vaxtla saat 17:00-da “İmam” xiyabanındaEyni zamanda Maku şəhəri də may hadisələrinin 5-ci ildönümünə hazırlaşır.

Əhali mayın 22-də yerli vaxtla saat 17:00-da “İmam” xiyabanındakı aksiyaya çağırılır. “Şəhriyar-e zaman” parkınadək keçiriləcək yürüş-mitinqə dəvət olunur.Bundan əlavə, Xoy şəhərinin Azad və Pəyam-i Nur universitetlərinin tələbələri də şəhər əhalisini may hadisələrinin 5-ci ildönümü münasibətilə mayın 22-də yerli vaxtla saat 17:00-da Xoyun mərkəzindəki “4 yol” meydanındakı (İmam inqilab 4 yolu) aksiyaya çağırıblar. Eyni zamanda sayınqalalı milli fəallar bəyanat yayaraq pəhləvi hakimiyyətinin qeyri-fars millətlərinə, xüsusilə Azərbaycan türklərinə qarşı apardığı assimilyasiya siyasətini pisləyiblər. Onlar hesab edir ki, 2006-cı ildə “İran” adlı qəzetdə türklərə qarşı təhqiramiz karikaturanın dərcindən sonra baş verən may hadisələri əslində İran adlanan yerin anti-türk siyasətinə böyük bir “yox” deməkdir. Fars şovinist rejiminin bu etirazı qanla boğması isə tamamilə qəbuledilməzdir. Sayınqalalı fəallar 2006-ci ildə baş verən may hadisələrini Güney Azərbaycan tarixində son yüz ildə Milli Hökumətdən sonra ən milli məzmunlu hadisə olduğunu bildiriblər. Bəyanatın sonunda sayınqalalı soydaşlarımız mayın 22-də yerli vaxtla saat 19:00-da Sayınqaladakı Dağlarbağı parkında keçiriləcək dinc və ailəvi nümayişdə fəal iştirak etməyə çağırılır. Eyni zamanda Mərənd şəhərinin milli fəlları bildiriş yayaraq millətimizi mayın 22-də keçiriləcək ildönüm mərasiminə dəvət ediblər. Onlar sözügedən karikaturada türklərə qarşı edilən məlum təhqiri millətimizin bütün təbəqəsinə aid olduğunu vurğulayaraq, 2006-cı il may hadisələrinin qanla boğulmasını xatırladıb və bunun qəbuledilməz olduğunu bildiriblər. Həmçinin milli fəallar aprelin 2-də Urmu gölündəki ekoloji fəlakətlə bağlı keçirilən dinc aksiyanın İran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən hücuma məruz qalmasını, 100 nəfərdən çox soydaşımızın tutulmasını pisləyib və hazırda həbsdə saxlanılan türklərin azadlığa buraxılmasını tələb ediblər. Bildirişdə Mərənd camaatından öz milli hüquqlarının tələbləri uğrunda mübarizə aparmaları və mayın 22-də şəhərin mərkəzində keçiriləcək dinc aksiyaya qatılmaları istənilib.

Bundan əlavə, marağalı milli fəallar bəyanat yayaraq 2006-cı ildə İran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən tökülən qanlarımızın bağışlanmaz olduğunu vurğulayıb və keçiriləcək ildönümü mərasimlərinə dəstək verdiklərini bildiriblər. Onlar Marağa camaatını mayın 22-də yerli vaxtla saat 19:00-da Xan hamamının (“Tlue fəcr” meydanı) yaxınlığında keçiriləcək aksiyada fəal olmağa çağırıblar. Eyni zamanda azərbaycanlı işçilər bəyanat yayaraq millətimizi bütün şəhərlərdə, o cümlədən Təbrizdə aksiyalara qatılmağa çağırıblar. Sənəddə Güney Azərbaycanda iş olmadığı üçün türk işçilərin fars bölgələrinə gedərək orda işləməyə məcbur olduqları bildirilib. Bəyanatda deyilir ki, azərbaycanlı işçilər fars bölgələrində də ayrı-seçkiliyə məruz qalır, təhqir edilir və işdən qovulurlar. Bütün bunların günahı isə təkcə türk olmaqdır.

 Sonda işçilər millətimizi mayın 22-də yerli vaxtla saat 17:00-da Rasta küçəsində keçiriləcək dinc yürüşə dəvət ediblər. Bundan əlavə, “Traktor” futbol komandasının azarkeşləri bəyanat yayaraq fars şovinist rejimin çirkin siyasətini pisləyib və Azərbaycana qarşı bütün sahələrdə, o cümlədən idmanda da aparılan ayrı-seçkilik siyasətini kəskin qınayıblar. Eyni zamanda soydaşlarımızı mayın 22-də yerli vaxtla saat 17:00-da Rasta küçəsində keçiriləcək dinc yürüşə dəvət ediblər.

Comments are closed.