Nəsimi Şərəfxanlı
VHP Siyasi Şurasının üzvü

Gözümə bax ki, sözü üzünə deyim

Bu gün QARABAĞLI olmaq suçdursa, o zaman mən ən böyük günahkaram

Lap ağılların itiriblər. Amma tək ağıllarınmı? Onsuz da hələ İraqda Səddam boyda kişinin heykəlin uçuranda gərək abırlarına təpinib dərs götürəydilər. Sonra Hüsnü Mübarək devrildi, Qəddafi təpikləndi yenə bir şey başa düşmədilər və bütün olanların müqabailində görün, neynirlər?

Qarabağlılara qarşı hücum kampaniyası

Rafiq Əliyevdən başladılar… Azərbaycan Dövlət Neft Akademiyasının 7 kafedra müdiri professorun əleyhinə müraciət qəbul etdi və bu müraciətdə hakimiyyətin iç üzünü açdılar. Müraciətin rəsmi dövlət qəzeti olan “Azərbaycan”da dərc edilən hissəsindən bir parça: “Rafiq Əliyevin Elmlər Akademiyasının müxbir üzvü seçilməsinin də öz tarixçəsi var. Elmlər Akademiyasının tarixində ilk seçki idi ki, Əbdürrəhman Vəzirovun şəxsi göstərişi əsasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üç şöbə müdiri akademiyanın üzvü adını almışdı. Bu fakt onun totalitarizm dövrünün ən neqativ üsulları ilə bəhrələnməsinin bariz nümunəsidir”.

Bilirsizmi nə demək istəyirlər Əliyev rejimində Vəzirov “totalitarizmindən” yazanlar? Deyirlər ki, Vəzirov Füzuli, Rafiq Əliyev isə Ağdam rayonundandır. Ortada regionçuluq faktoru olub. İndi mən- Nəsimi Şərəfxanlı, Elmlər Akademiyasından “yeraz” yox, qarabağlı olduğuma görə illər öncə qovulan və bu gün “Azərbaycan” nəşriyyatında səhifəsi 10 manata yazı yazan və bunu daha şərəfli həyat tərzi sayan jurnalist olaraq o müraciəti imzalayan hər bir akademikə üz tuturam:

 

Rafiq Əliyev QARABAĞLI deyil eee, ay axmaqlar… Qanmadınızmı?

 

Xudu müəllim, Üzeyir bəy və oğrunun yadına daş salmaq olmasın Sehran Səxavət, Qədir Rüstəmov, Ramiz Rövşən, Flora Kərimova və s. və ilaxır. Nə durmusunuz? Cənab professorlar və akademiklər, bu adamların tərcümeyi-halında Vəzirovla və ya İsa Qəmbərlə bağlı nəsə tapın… Tapın və qaçın hakimiyyətdəki naxçıvanlı, ermənistanlı arxanızın yanına… bölün bu milləti, parçalayın… bir pay yal da siz alın…  Nə durmusunuz? Xəbəriniz varmı, Üzeyir bəy bütün ruhu ilə Cümhuriyyətə bağlı olub, Xudu müəllim böyük sovet dövlətinə qarşı çıxıb və milli azadlıq hərəkatının ideoloqlarından olub, Sehran Səxavət “Nekroloq”da bu rejimin iç üzünü açıb, Ramiz Rövşən Elçibəyə şer yazıb… Bütün bunlarla bağlı da bir müraciət hazırlayın və hakimiyyətdən daha bir “malades” qazanın… Hələ Aqil Abbas da var eee… noolsun deputatdı, o, ruh azadlığın qoruyub saxlayıb, Qarabağa qayıtmaqdan danışır, nə bilim “biz türkük”…  filan, evin yıxa bilməsəz belə, görün, AĞ DAMına necə QARA DAŞ ata bilirsiz… baxın da məndən demək… Amma yarımbaşlıqda yazdığım kimi, qanmadızmı, bu saydıqlarım sadəcə Qarabağ adlanan coğrafi ərazidə doğulublar, vəssalam… Ayıbdı, bir dəfə Elçibəyi Milli Liderlikdən Prezidentliyə endirdik, indi başqalarını regionçuluğa qədər aşağılamayın… Saydıqlarım içində bir bulaqdan su içdiyim AYDIN (sovet təfəkkürlülər buna “ziyalı” deyir) da var, bir kəndin övladıyıq, amma bu zamanadək üzbəüz gəlib görüşməmişik… Etməyin belə Allahınız olsun, öz dərdimiz özümüzə yetər!!!… Amma

Allahsız

Olanı da var. Məsələn cibində deputat mandatı gəzdirən Etibar Hüseynov kimi… Əvvəl adamın (çox fikirləşdim iki ayaq üstə gəzən başqa məxluq adı tapa bilmədim) iki gün öncə Milli Məclis adlı şouxanada çıxışına diqqət edək. Çaşıb və dediklərin bir daha təkrarlamaq istəmirik. Sadəcə xatırladaq ki, bu birinci çaşqınlığı deyil, az öncə də eks-prezidentlərlə balı qanun layihəsinin müzakirəsində çaşmışdı. Elçibəy haqda ağlına və ağzına gələni dağıtmışdı… O zaman dinən olmadı. Parlamentdə bir zaman BƏYin müavini olanlar var. Dinmədilər. Demək, yanındaymışlar, yolunda yox… Cınqırların da çıxarmadılar… Özləri bilər…

Bu dəfə isə Bahar Muradova başda olmaqla çoxları danışdı… Amma lazım olanı demədilər. Mən deyirəm: “Etibar, adamı tutub …”

Sən o Etibarsan ki…

Lider TV-nin əməkdaşı kimi 15 saylı Yasamal I seçki dairəsindən deputatlıma namizədliyini verib və seçicilərə 5 manat paylayıb 2003-cü ildə prezidentlik haqqı əlindən alınan İsa bəyə qalib gəldin. Busan sən?! Sən Allah, özün inanırsan buna? Başqalarını demirəm ha…

Vəssalam. Sus və əbsəm ol. Ümumiyyətlə ölkədə “anti-qarabağlılar” kampaniyasın aparan QOCA (hərçənd o da bir zamanlar başqasının yaşlanmasına işarə edib “politiçeyskiy trup” kəlməsmini işlədərdi) kimdi qoy o bir kəlmə danışsın. Danışsın və cavabın verək!…

Comments are closed.