Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının və «N!DA» Vətəndaş Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunan «Gənclərin Cümhuriyyət Kuboku» mini futbol turniri keçiriləcək.

 Turnirdə VHP, KXCP, AXCP, Ümid,  Müsavat, ADP, BQP, VİP, AMDEP-nin gənclər təşkilatları, QAT, «N!DA», «Dalğa», «Azad gənclik», «Milli fikir» və «Güvənc Körpüsü» qurumlarının komandaları yarışacaqlar.

Turnir iyunun 1-14-ü aralığında 4 qrup üzrə keçiriləcək. Hər qrupda birinci yer tutan komandalar birincilik uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

Turnirin qalibinə baş mükafat, ikinci və üçüncü yeri tutan komandalara isə sertifikat və mükafat veriləcək.

Xatırladaq ki, mayın 30-da, saat 15:00-da VHP-nin mərkəzi qərargahında püşkatma keçiriləcək.

 

 

 

 

VHP GT və NİDA VH

 Mətbuat Xidməti

 

Comments are closed.