VHP GT sədri istefasını Əsasnamə ilə bağlı olduğunu dedi 

Bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının sədri Emil Bağırov tutduğu postdan istefa verib. İstefa səbəbləri haqqında “Şərq” qəzetinə danışan Emil Bağərov deyib ki, bu addımı sırf GT Əsasnaməsinin tələblərinə uyğun olaraq atıb: “VHP Gənclər Təşkilatının mart ayında növbəti konfransı keçiriləcək və təşkilat daxili strukturlara seçkilər baş tutacaq. Konfransın şəffaf keçirilməsi üçün əsasnamə gərəyi istefa verdim. Əsasnamədə göstərilib ki, Gənclər Təşkilatının sədri konfransdan bir ay öncə istefa verməlidir. Və əgər yenidən istəsə, namizədliyini verə bilər. Bu həm də sağlam rəqabət üçün müsbət təsir olacaq. Hesab edirəm ki, orda sədr olmağa ponensial namizədlər kifayət qədərdir”.

O qeyd edib ki, növbəti dəfə sədrliyə namizədliyini irəli sürməyəcək: “Düşünürəm ki, estafeti növbəti dəfə dostlara ötürmək lazımdır. Hesab edirəm ki, orda Gənclər Təşkilatının sədrliyini edə biləcək kifayət qədər gəncimiz var”.

E.Bağırov sədrlikdən istefa verməyində başqa məsələlərin olduğunu inkar edib: “Yenədə deyirəm, əsasnamənin tələblərinə uyğun olaraq bu addımı atmışam. Ola bilsin ki, namizədliyimi yenidən verməməyimə görə başqa söz-söhbətlər edilsin. Amma heç bir başqa amil rol oynamayıb istefamda”.

Comments are closed.