Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə mayın 3-də bir qrup jurnalist, diplomatik korpus və ictimaiyyət nümayəndələri jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib. Ziyarətçilər Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirib, Elmar Hüseynovun qatilinin hələ də tapılmamasını pisləyiblər.

Elmar Hüseynovun atası Sabir Hüseynov çıxışında oğlunun qətlinin üstünün hələ də açılmamasına təəssüfünü bildirib: «Dövlət başçısı 40 gün ərzində qətlin üstünün açılacağını vəd etmişdi. Amma 6 ildən çox vaxt keçir və qətl açılmayıb. Artıq bundan sonra da açılacağına inanmıram».

Elmar Hüseynov 2005-ci ildə Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır.

Comments are closed.