Parlamentin deputatı, VHP sədri Sabir Rüstəmxanlı Milli Məclisin 3 fevral iclasında söz alaraq rusdilli məktəblərin dövlət büdcəsindən maliyyələşməsinə son qoyulmasını tələb edib: “Azərbaycan Konstitusiyasına, eləcə də təhsil qanununa görə, təhsil dili Azərbaycan dilidir. Xarici dildə məktəblər ancaq özəl ola bilər, dövlətdən maliyyələşdirilə bilməz. Amma bu gün Azərbaycanda rus dilində çoxlu məktəb var və dövlətdən maliyyələşdirilir. Bu qanun niyə pozulur? Mən Hesablama Palatasından xahiş edirəm ki, bu məsələni araşdırsın”.

“Media forum” saytının məlumatına görə, spiker Oqtay Əsədov deyib ki, rusdilli məktəblərdən Azərbaycandilli məktəblərə tam keçilməsi mümkün deyil: “Bəlkə həmin adamların özəl şərtlərlə təhsil olmaq imkanı yoxdur? Ona görə də bu məsələnin birdən-birə həlli mümkün deyil”.

Comments are closed.