Dünya Azərbaycanlıları Konqresi (DAK) xalq qəhrəmanı Babəkin doğum gününü yürüşlə qeyd etmək niyyətindədir.

Bu barədə Gün.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, DAK bu il iyulun 1-7-si aralığında bir sıra tədbirlər təşkil edəcək.

DAK-dan bildirilib ki, nəzərdə tutulan yürüş göstərilən tarixdə Yardımlı rayonunun Arus kəndində yerləşən Qazan köşkündə təşkil olunacaq. Bu məkan Şimali və Cənubi Azərbaycan arasında inzibati sərhəd kimi tanınır. Aksiya Cənubi Azərbaycanda hər il düzənlənən Bəzz qalasına yürüşə dəstək xarakteri daşıyır.

DAK-ın keçirəcəyi yürüşə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qatılacağı gözlənilir.

A.Zeynalov
Gün.Az

Comments are closed.