“Biz Rüstəm İbrahimbəyovun Milli Şuradakı missiyasını uğurla yerinə yetirdiyini düşünürük. Milli Şuradakı qüvvələri Cəmil Həsənli birləşdirə bilməzdi. Bunu Rüstəm İbrahimbəyov bacarıb. Ancaq biz də hesab edirik ki, Cəmil müəllimin seçki dövründə Milli Şuranı layiqli təmsil etməsi onun bu qurumun lideri olmasını zəruri edir”.

Bu sözləri Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O bildirib ki, Milli Şurada struktur dəyişikliyinin edilməsi və həmsədrlik institutunun yaradılması indiki halda ən uğurlu variant olar: “Bu təklif Rüstəm İbrahimbəyovun özündən gəlib. VHP-də bu təklifi dəstəkləyir və Milli Şura daxilindəki müzakirələrdə qurumun strukturunun dəyişdirilməsi və Cəmil Həsənlinin də həmsədr seçilməsi variantını müdafiə edəcək”.

 

R.Manaflının sözlərinə görə, C.Həsənlinin Milli Şuranın həmsədri seçilməsi qurumun gələcək fəaliyyətinə də müsbət təsir edəcək.

Comments are closed.