Bu günkü yazımda istərdim ki, günümüz üçün aktual məsələlərdən olan demokratiyadan qısaca da olsa söhbət  açım. Demokratiyanın beşiyi antik dövrün dövlətləri olan roma-yunanıstan sayılsa da , müasir dövrdə demokratiyanın beşiyi ABŞ və Qərbi Avropa dövlətləri sayılır. Qərb cəmiyyətində demokratiya sahəsində müsbət yönlü addımlar atılır. Bizdə isə proseslər əksinə inkişaf edir. XX – əsrin əvvəllərində və sonlarında Azərbaycan öz müstəqilliyini qazandığı vaxtlar bu sahədə irəliləyişlər nəzərə çarpmaqda idi. Günümüzə doğru gəldikdə isə bunun əksini görürük. Qərb demokratikləşir bizdə isə demokratiksizləşmə gedir. Bəs bizdə niyə belədir? …

Demokratiya dedikdə ilk növbədə ağıla “xalqın hakimiyyəti” gəlir. Əlbəttə ki, demokratiya – xalqın öz-özünün müqəddəratını təyin etmə və idarəetməsidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Tarix boyu cəmiyyətlərin qurulmasında da demokratiya adından istifadə olunub və olunmaqdadır. Doğrudur, həqiqətən də demokratik cəmiyyətlər mövcud olmuşdur və yaxud bunun üçün cəhd edilmişdir. Lakin üzdə demokratiya adından istifadə olunduğu, reallıqda isə aftoritar rejimlərin mövcud olduğunu görməkdə mümkündür. Bunun üçün misal çəkməyimizə ehtiyac yoxdur. Çünki, üzdə demokratiyanın, əslində isə demokratiyanın məhdudlaşdırıldığını özümüzdə asanlıqla görmək olar. Cəmiyyətimizdə hazırki rejim haqqında müxtəlif fikirdə olan insanlarımız çoxdur. Nələrin baş verdiyini dərk edənidə var, əksinə anlamayanıda, yaxud belə də yaxşıdır deyənlərdə.

Bəs çoxluğun hansı fikirdə olduğunu necə müəyyənləşdirmək olar?

– Əlbəttəki hakimiyyətə qarşı olan mitinqlərdə, aksiyalarda. Ancaq biz bunu görmədik. Çox az şəkildə cəmiyyətin fəal hissəsi rejimdən narazı olduqlarını bildirdi. Çoxluğun iştirak etməməsinin səbəbi isə hələ də “kütlə psixologiyasının” olmasıdır. Ən acılı yerimizdə budur. Ancaq istər prezidentliyə, istər parlamentə, istərsə də bələdiyyələrə keçirilən seçkilərdə şahid olduq ki, çoxluq öz iradəsini göstərdi. Ancaq burada da “azad seçki, demokratik seçki” adı altında xalqın səsini mənimsədilər. Seçkilər total şəkildə saxtalaşdırıldı! Əsas odur ki, çoxluğun həqiqətən də rejimdən narazı olduqlarını gördük…

 Bəs niyə, nə səbəbə etiraz aksiyalarında çoxluğu görmürük, ya da görə bilmirik? …

Əlbəttəki kütləni qınamaq olmur. Səbəbi isə etiraz aksiyalarında iştirak edənlərə qarşı amansız təqiblərdə, həbslərdə, işdən çıxarılma qorxusunun olması və s. səbəblərdərdirki, insanlarda qorxu içində yaşayırlar.

Azərbaycanda söz azadlığının məhdudlaşdırıldığını, sərbəst toplaşmaq hüququnun olmamağı, mətbuatın müstəqil şəkildə fəaliyyət göstərə bilməməsi, korrupsiyanın baş alıb getdiyini,nəsil hakimiyyətinin hakim olduğunu, məhkəmələrin müstəqil olmaması, minimum əmək haqqlarının, sosial yardımların ifrat dərəcədə aşağı səviyyədə olduğu və s. bu kimi problemlərin olduğunu görə-görə belə bir cəmiyyəti sizcə demokratik cəmiyyət adlandırmaq olarmı? …

Pərviz Həsənov

Comments are closed.