Parlamentin 22 oktyabr iclasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III zirvə toplantısının bəyannaməsi təsdiqlənib. Müzakirədə danışan deputat Sabir Rüstəmxanlı deyib ki, türk birliyinin güclənməsi yaxşı haldır: “Şərqdə Çin var, Şimalda Rusiya, Cənubda İran, ortada isə türk xalqı. Vaxtı ilə “amandır, bir araya gəlməyin, nə türk?” deyənlər artıq bunun vacibliyini anlayırlar. Vaxtilə Türkmənistanda Qarabağ məsələsi deyən insanları qovurdular. Yaxşı haldır ki, indi bu dövlətin başçısı Qarabağdan danışır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Rüstəmxanlı əlavə edib ki, cari məsələlərə vaxt ayrılmalı, bəzi fikirlər səslənməlidir: “Qonşumuzda soydaşlarımıza divan tutulur, parlament isə susur. Biz bu məsələni müzakirə etməliyik. Dünyanın heç yerində mühacirlərə belə münasibət yoxdur. Milli Məclis bu məsələdə diplomatik imkanlar aramalıdır… Bəzi məmurlar bizi Rusiya bataqlığına çəkir. Deyirlər ki, Avropa bizə nə verib? Belə danışmaq olmaz. Avropa dövlətin müstəqilliyini tanıyıb. Deyir cəmiyyətini qur, insan haqlarını qoru. Avropa nümunə göstərir. Biz niyə bundan qorxuruq? Dünyanı özümüzə düşmən etməməliyik. Bəzi məmurlar belə naşı danışmamalıdır. Ya bu adamlar yerində deyil, ya da özlərini apara bilmirlər. İstərdim ki, Rusiyada baş verənlər müzakirə edilsin və nə addım lazımdırsa, o addımı da ataq”.

Bir müddət əvvəl Rusiyada milyarderlər bir araya toplaşmışdı. İndi bəs niyə səsləri çıxmır? “Öz biznesləri ilə bağlı Rusiya prezidenti Putinlə danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ müzakirə edilsin, Rusiyada baş verən hadisələrlə bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun. Milli Məclis Rusiya Dövlət Dumasına müraciət ünvanlamalıdır. Dünyanın heç bir yerində miqrantlara qarşı belə münasibət yoxdur. Bir müddət əvvəl Rusiyada milyarderlər bir araya toplaşmışdı. İndi bəs niyə səsləri çıxmır? Rusiya miqrantları ABŞ üçün problemdir. Rus mafiyası Amerikanı, Hindistanı pis vəziyyətə qoyub. İndi biz də o ölkələrə dəstək olaq?”.

Comments are closed.