Emil BAĞIROV
VHP Gənclər Təşkilatının sədri

Hər dəfə telefonla danışanda anamın iki sözündən biri “mitinqlərə çıxma” olur. Deyir başını aşağı sal dərsini oxu allah eləməsin həbs edərlər, universitetdən filan qovarlar. Doğrudan özüm də qorxuram universitetdən qovulmaqdan. Həyatım alt üst olar, əzab əziyyət hamısı hədər gedər. Hər dəfə çalışıram tədbirli davranım bacardığım qədər.

Bugün hakimiyyət Bəxtiyar Hacıyevə 2 il həbs cəzası verib zindana atandan sonra utandım özüm özümdən. Utandım öz qorxaqlığımdan. Dünyanın bir nömrəli universiteti Harvardın məzunu zindana atılırsa, mənim “Azərbaycanın təhsilinin flaqmanı” olan adı it dəftərinə də düşməyən BDU-nu bitirib bitirməməyimin nə mənası var ki?! Harvardı bitirənə belə qiymət verildikdən sonra nə gözləmək olar bunlardan.

Üzr istəyirəm, Bəxtiyar, səndən..

Birdəki nəticə bəllidir bu ölkədə. İnsanlara biliyə, intellektə görə qiymət vermirlər. Baxmırlar Harvardı bitirmisən ya Oksfordu. Yaxşı girə bilirsən, yaltaqlığı, məddahlığı bacarırsansa yolun açıqdı. Universitetdən qovularam deyə haqqını tələb etməkdən qorxanlar, universiteti bitirsəz də sizdən bir … çıxmayacaq. Ya ömür boyu sürünəcəksiz, ya da elə sürünəcəksiz başqa yolu yoxdur..

Sonda Bəxtiyarın anası Solidə xanımın dediyi kimi: Allah gənclərimizi qorusun bu hakimiyyətdən!

Comments are closed.