Mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevə hökm oxunub.

Vəkil Əlayif Həsənovun “Media forum” saytına verdiyi məlumata görə, hakim Bəxtiyar Hacıyevi 2 il müddətinə azadlıqdan məhrum edib.

Martın 4-də tutulan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Comments are closed.