“Azərbaycanda kimin müxalifət partiyası, kimin iqtidaryönlü olmasını ABŞ Dövlət Departamenti yox, Azərbaycan xalqı müəyyən edir”. Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli SalamNews-a ABŞ Dövlət Departementinin hesabatında Milli Məclisdə yalnız bir müxalifət partiyasının olması haqda yer almış fikri şərh edərkən deyib.

Siyasi Şura üzvünün sözlərinə görə, Dövlət Departamentinin hesabatında Milli Məclisdəki yeganə müxalifət təmsilçisinin kimliyi konkret göstərilməyib.

VHP təmsilçisi hesab edir ki, bu rəyi Müsavat Partiyasına yaxın media formalaşdırıb: “Əlbəttə, Ümid Partiyasının rəhbərliyi və üzvləri ilə münasibətlərimiz hər zaman qarşılıqlı əməkdaşlığa və məqsəd birliyinə söykənib. Bəzi siyasi qüvvvələrin Ümidi VHP ilə qarşı-qarşıya qoymaq cəhdlərini də görməzliyə vura bilmərik”.

Comments are closed.