“Eyni zamanda Cümhuriyyət dövründə onun sözləri də olub, bəlkə heç ona söz yazılmağına da ehtiyac yoxdur. Əhməd Cavadın və Səməd Vurğunun “Azərbaycan” şeirləri həmin musiqiyə yazılmış şeirlərdir”

“O himnin musiqisinin hansısa formada bərpası zəruridir”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan SSR-in himninin bərpa olunması ilə bağlı təklifə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmin musiqi üçün söz yazılıb və yeni sözlərin yazılmağına da ehtiyac yoxdur: “Üzeyir Hacıbəyovun musiqisi əvəzsiz musiqdir. Eyni zamanda Cümhuriyyət dövründə onun sözləri də olub, bəlkə heç ona söz yazılmağına da ehtiyac yoxdur. Əhməd Cavadın və Səməd Vurğunun “Azərbaycan” şeirləri həmin musiqiyə yazılmış, həmin musiqi ilə üst-üstə düşən şeirlərdir” .

“Azərbaycan SSR-in himninə yeni söz yazarsınızmı?” sualına isə millət vəkili belə cavab verib: “O musiqiyə şeirim var. Vaxtilə himn müsabiqəsi keçirilirdi. 1990-91-ci illərdə belə ideya var idi ki, həmin musiqi bərpa olunsun. O zaman mən o musiqi üçün söz yazmışdım, məndə var”.

Qeyd edək ki, millət vəkili Etibar Hüseynov Milli Məclisin ötən iclasında təklif edib ki, Üzeyir Hacıbəyovun yazdığı Azərbaycan SSR-in himni “Paytaxt marşı” kimi bərpa olunsun.

Fatimə Kərimli

Comments are closed.